Qurbanov hər kəsi maraqlandıran suala cavab verdi - Video

Qurbanov hər kəsi maraqlandıran suala cavab verdi - Video İdman

Ötən gecə UEFA Çempionlar Liqasının Əsas Liqa Mərhələsinin IV tur çərçivəsində keçirilən "Qarabağ" - " Çelsi" oyunundan sonra baş tutan mətbuat konfransında türk şərhçi Ertem Şener "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova hər kəsi maraqlandıran sualı ünvanlayıb.

News24.az xəbər verir ki, türk şərhçi Ertem Şener konfransda Qurbanova xarakteri barədə sual ünvanlayıb: "Qurban müəllim digər baş məşqçiləridə görürük. Oyun zamanı çox hərəkətli və çox həyəcanlı olurlar. Siz nə üçün bu qədər soyuqqanlı hərəkət edirsiz?".

Qurban Qurbanov isə cavabında belə deyib: "Soyuqqanlılığım bəlkə də xarakterimlə bağlıdır. Məndə nə var, odur. Yəni mənim xarakterimdə nə varsa, gördüyünüzdə odur".