Qurbanov pərdəarxası məqamları açdı: Futbol və şəxsi həyatım…

Qurbanov pərdəarxası məqamları açdı: Futbol və şəxsi həyatım… İdman

“Şəxsi həyatım bütövlükdə futbolla bağlıdır. Mənim üçün ən vacib məqamlardan biri jurnalistlərin və azarkeşlərin etimadını itirməməkdir. Mənə olan inam və güvənin qorunub saxlanılması hər zaman məni sevindirir və əlavə motivasiya verir”.

News24.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən brifinq zamanı deyib. O, şəxsi həyatı barədə danışmağı sevmədiyini, lakin hər zaman güvən və etimadın qalmasını istədiyini bildirib.

Baş məşqçi əlavə edib ki, futboldan uzaq qalmaq onun üçün mümkün deyil: “Harada olsam, mütləq futbol, oyunlar və məğlubiyyətlər müzakirə olunur. Bəzən yarı zarafat, yarı ciddi şəkildə futbolçuların dəyişdirilməsi və taktiki qərarlarla bağlı suallar verilir. Ancaq bir neçə nəfər var ki, onlar məni anlayır və bu mövzuları qabartmağa ehtiyac duymurlar”.

Qurbanov həmçinin futbolçuların sağlamlığına verdiyi önəmi də vurğulayıb: “Mənim üçün istirahət anlayışı futbolçularımın sağlam, gümrah və optimal vəziyyətdə olmasıdır”.