Rafa Silva “Beşiktaş”dan ayrılır: Yeni komandası bəlli oldu

Rafa Silva “Beşiktaş”dan ayrılır: Yeni komandası bəlli oldu İdman

Portuqaliyalı futbolçu Rafa Silvanın “Beşiktaş” karyerası başa çatır.

News24.az xəbər verir ki, oyunçu “Benfika” ilə müqavilə imzalamaq üçün bu gün səhər saatlarında İstanbuldan Lissabona yollanıb.

Beşiktaş rəhbərliyi ilə “Benfika”nın idman direktoru Mario Branco arasında aparılan danışıqlardan sonra tərəflər razılığa gəlib. Razılaşmaya əsasən, Portuqaliya klubu “Beşiktaş”a 7,5 milyon avro transfer haqqı ödəyəcək.

Rafa Silva Branco ilə birlikdə Atatürk Hava Limanından şəxsi təyyarə ilə Portuqaliyaya uçub. Portuqaliyalı futbolçunun baş məşqçisi Joze Mourinyo olan “Benfika” ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalayacağı bildirilir..