Ramil Şeydayev “Qarabağ”dan gedir
İdman
Cari mövsümün əvvəlində “Neftçi”dən “Qarabağ”a keçən Ramil Şeydayev bu qış fasiləsində yenidən komandasını dəyişə bilər.
News24.az “Sportinfo.az”a istinadən xəbər verir ki, adıçəkilən hücumçunun “Zirə”yə icarəyə göndərilməsi gündəmdədir.
Belə ki, Rəşad Sadıqov onu 6 aylıq icarəyə götürmək niyyətindədir.
“Zirə” onun mövsüm ərzində üçüncü komandası olsa belə, hüquqi cəhətdən qeydiyyata alınmasında heç bir problem yoxdur.