İran Dünya Çempionatında iştirak edəcək? – Trampdan gözlənilməz açıqlama

İran Dünya Çempionatında iştirak edəcək? – Trampdan gözlənilməz açıqlama İdman

“İranın kişilərdən ibarət futbol üzrə milli komandası 2026-cı il Dünya Çempionatında iştirak edə bilər, lakin öz həyat və təhlükəsizlikləri baxımından komandanın orada olması uyğun deyil”.

News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

Xatırladaq ki, daha əvvəl İranın idman naziri açıqlama verərək ABŞ və İsrailin İrana hava zərbələrindən sonra ölkəsinin çempionatda iştirak etməsinin mümkün olmadığını bildirib.

Qeyd edək ki, 48 komandanın qatılacağı “2026 FIFA World Cup” 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İran millisinin oyunlarının Los-Anceles və Sietl şəhərlərində keçirilməsi planlaşdırılırdı. (Reuters)