Ronaldo ilə bağlı üzücü xəbər
İdman
Portuqaliyalı hücumçu, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo bud nahiyəsindən aldığı zədə səbəbindən 2–4 həftə meydanlardan kənarda qalacaq.
News24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkələrdə məlumat verib.
Bildirilib ki, portuqaliyalı futbolçunun martın sonlarında keçiriləcək beynəlxalq oyunlarda iştirakı sual altındadır.
Ronaldo zədəni Səudiyyə Ərəbistanı çempionatının 24-cü turunda “Əl-Feyha” ilə oyunda alıb. Qarşılaşma “Əl-Nəsr”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.