"Reaksiya tamamilə səhv və ədalətsizdir”

"Reaksiya tamamilə səhv və ədalətsizdir” İdman

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Emirates” stadionu qarşısında bir azarkeşə imza verməməsi ilə bağlı yayılan videodan sonra açıqlama verib.

News24.az xəbər verir ki, hadisə London təmsilçisinin "Wigan Athletic" üzərində qələbəsindən sonra baş verib. Görüntülərdə Artetanın stadionu avtomobillə tərk edərkən tıxac səbəbindən dayanmalı olduğu, bu zaman bir azarkeşin oğlu üçün forma imzalatmaq istədiyi əks olunur. Mütəxəssis avtomobilin pəncərəsini açmayıb və müraciətə cavab verməyib.

Sosial şəbəkədə müzakirələrə səbəb olan görüntülərə münasibət bildirən Arteta reaksiyaların “tamamilə səhv və ədalətsiz” olduğunu deyib və hər vəziyyətin kənardan göründüyü kimi olmadığını vurğulayıb.

Qeyd edək ki, Arteta 2019-cu ildən komandaya rəhbərlik edir.