“Real Madrid” – “Benfika” oyununda qorxulu anlar
İdman
UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Real Madrid” – “Benfika” cavab matçında ciddi narahatlıq yaradan epizod yaşanıb.
News24.az xəbər verir ki, “Real Madrid”in müdafiəçisi Raul Asensio komanda yoldaşı Eduardo Kamavinqa ilə toqquşduqdan sonra yerə yıxılıb və ayağa qalxa bilməyib. Boyun nahiyəsindən zərbə alan futbolçu bir neçə dəqiqə meydanda qaldıqdan sonra xərəklə çıxarılıb.
Baş məşqçi Alvaro Arbeloa bildirib ki, zədə ciddi görünmür, lakin oyunçu müayinə üçün xəstəxanaya aparılıb. Daha sonra Asensionun evə buraxıldığı və gecəni evində keçirəcəyi açıqlanıb.
Qeyd edək ki, Madrid klubunda artıq Eder Militao, Din Huijsen, Antonio Rüdiger və David Alaba kimi müdafiəçilər də zədə problemləri yaşayır.