“Real Madrid” finala vəsiqə qazandı

“Real Madrid” finala vəsiqə qazandı İdman

Arda Gülərin formasını geyindiyi “Real Madrid” İspaniya Super Kubokunda finala vəsiqə qazanıb.

News24.az xəbər verir ki, Madrid təmsilçisi yarımfinal mərhələsində əzəli rəqibi “Atletiko Madrid”i 2:1 hesabı ilə məğlub edib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində, Kral Abdullah İdman Şəhəri stadionunda keçirilən görüşdə “Real Madrid”in qollarını 2-ci dəqiqədə Federiko Valverde, 55-ci dəqiqədə isə Rodriqo vurub. “Atletiko Madrid”in yeganə qoluna 58-ci dəqiqədə Aleksandr Sörlot imza atıb.

Türkiyə millisinin üzvü Arda Gülər oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 81-ci dəqiqədə Vinisius Juniorun əvəzinə meydana daxil olub.