“Real Madrid” futbolçuları Xabi Alonso ilə belə vidalaşdı - Fotolar
İdman
İspaniya Super Kuboku finalındakı məğlubiyyətdən sonra “Real Madrid”in baş məşqçisi Xabi Alonso klubdan ayrılıb.
News24.az xəbər verir ki, ayrılıqdan sonra komanda üzvləri ispan mütəxəssislə emosional şəkildə vidalaşıb.
Arda Gülər sosial şəbəkədə paylaşım edərək Xabi Alonsonun ilk gündən ona güvəndiyini, verdiyi məsləhətlərin və etimadın futbolçu kimi inkişafında mühüm rol oynadığını bildirib.
Kilian Mbappe, Dani Seballos, Andriy Lunin, Aurelien Tchouameni və digər futbolçular da paylaşım edərək Alonsonun peşəkarlığını vurğulayıb, ona gələcək karyerasında uğurlar arzulayıblar.
Qeyd edək ki, Xabi Alonso “Real Madrid”dən bazar ertəsi rəsmi şəkildə ayrılıb.