"Real Madrid" yeni baş məşqçi axtarır
İdman
"Real Madrid" klubunda baş məşqçi Alvaro Arbeloaya təzyiq artıb və komandanın son nəticələri rəhbərliyi narahat edir.
News24.az xəbər verir ki, La Liqada "Getafe"yə 1:0 hesablı məğlubiyyətdən sonra azarkeşlərin narazılığı daha da yüksəlib. "Real Madrid" hazırda çempionluq yarışında "Barselona"dan dörd xal geri qalır.
Məlumata görə, klub prezidenti Florentino Perez artıq başqa variantları nəzərdən keçirir. İddialara əsasən, "Real Madrid" gələcək mövsümlər üçün İtaliya A Seriyasında çalışan təcrübəli məşqçi Massimiliano Alleqrini düşünür.
Hazırda "Milanı" çalışdıran Alleqrinin müqaviləsi 2027-ci ilə qədərdir. Buna baxmayaraq, Madrid klubunun onu gələcəkdə komandaya gətirmək istədiyi bildirilir.
Rəhbərlik düşünür ki, Alleqrinin təcrübəsi və intizamlı oyuna üstünlük verməsi komandanın problemlərini həll edə bilər.