“Real Madrid”də sarı vərəqə təhlükəsi: 6 futbolçu risk altındadır

“Real Madrid”də sarı vərəqə təhlükəsi: 6 futbolçu risk altındadır İdman

"Real Madrid" Çempionlar Liqası öncəsi ciddi risklə üzləşib.

News24.az xəbər verir ki, komandada 6 oyunçu növbəti matçda sarı vərəqə alsa, 1/8 finalın ilk oyununu buraxacaq.

Əsas risk altında olan ad Vinisius Juniordır. O, “Benfika” ilə oyunda aldığı sarı vərəqədən sonra limit həddinə çatıb. Digər riskli futbolçular isə Alvaro Karreras, Aurelien Çouameni, Din Huijsen, Rodriqo və Cud Bellinqemdır.

Madrid təmsilçisi növbəti mərhələdə “Mançester Siti” və ya “Sportinq”lə qarşılaşa bilər. Baş məşqçi Alvaro Arbeloa üçün seçim çətin olacaq. Xüsusilə Vinisiusun durumu son ana qədər qeyri-müəyyən qalır.