"Real Madrid"dən 7 qolluq şou: Mbappe tarixə düşdü

"Real Madrid"dən 7 qolluq şou: Mbappe tarixə düşdü İdman

Çempionlar Liqasının 5-ci turunda "Olimpiakos" və "Real Madrid" arasında keçirilən qarşılaşma futbolsevərlərə tam bir qol şousu yaşadıb.

News24.az xəbər verir ki, Pire şəhərində baş tutan oyunda Madrid klubu rəqibini 4:3 hesabı ilə məğlub edib.

"Olimpiakos" matça sürətli başlayaraq 8-ci dəqiqədə Çikinyo ilə hesabı açıb. "Real Madrid" isə 14 dəqiqə sonra oyunun gedişini dəyişib. 22-ci dəqiqədə Mbappe bərabərlik qolunu vurub, 24-cü dəqiqədə isə Arda Gülərin gözəl ötürməsi fransalı ulduza ikinci qolunu qazandırıb.

29-cu dəqiqədə Mbappe het-trikini tamamlayaraq hesabı 3:1 edib. 52-ci dəqiqədə Taremi fərqi azaltmağa nail olsa da, 60-cı dəqiqədə Mbappe yenidən meydana çıxaraq Madridin 4-cü qolunu vurub. "Olimpiakos" 81-ci dəqiqədə El Kaabi ilə son qol sevinci yaşayıb, lakin nəticə dəyişməyib və "Real Madrid" 4:3 hesabı ilə qələbə qazanıb.

Mbappe oyunda 6 dəqiqə 42 saniyə ərzində het-trik edərək Çempionlar Liqası tarixində Məhəmməd Salahdan sonra ən sürətli ikinci het-trikə imza atıb. Bununla da "Real Madrid" qrupdakı mövqeyini möhkəmləndirdi.