“Real Madrid”dən Arda Gülərə xəbərdarlıq

“Real Madrid”dən Arda Gülərə xəbərdarlıq İdman

“Real Madrid” klubunun rəhbərliyi və məşqçi heyəti Arda Gülərə meydanda daha təşəbbüskar və həlledici olmalı olduğu barədə mesaj verib.

News24.az-ın məlumatına görə, gənc futbolçunun kritik məqamlarda topu daha çox tələb etməsi və oyunun mərkəzində daha fəal rol alması istənilib.

Qeyd olunub ki, baş məşqçi Xabi Alonso Ardanın potensialına inandığını, lakin bu mövsüm ondan daha çox məsuliyyət gözlədiyini vurğulayıb.