"Real Madrid"in baş məşqçi postuna əsas namizəd açıqlandı

"Real Madrid"in baş məşqçi postuna əsas namizəd açıqlandı İdman

"Real Madrid"in baş məşqçi postuna iki əsas namizəd açıqlanıb.

News24.az xəbər verir ki, informasiyanı "Sky Sport Germany" yayıb.

Məlumata görə, onlardan biri bir müddət öncə "Çelsi"dən ayrılan Entso Mareska, digəri isə Zinəddin Zidandır. Mənbə Zidanın DÇ-2026-dan sonra Fransa millisinin "sükanı arxası"na keçəcəyini vurğulayaraq "Kral klubu"nun italiyalı mütəxəssislə anlaşmaq ehtimalının daha yüksək olduğunu vurğulayıb.

Xatırladaq ki, "Çelsi" 2024-cü ilin iyulundan 2026-nın yanvarınadək iş başında olan Mareskanın rəhbərliyi altında UEFA Konfrans Liqasının və klublararası dünya çempionatının qalibi olub.