"Real"ın gənc ulduzuna cinayət işi açıldı
İdman
"Real"ın gənc ulduzu Raul Asensio və onun klubun gənclərdən ibarət kollektivindəki keçmiş komanda yoldaşlarına qarşı cinayət işi açılıb.
News24.az sfera.az-a istinadən xəbər verir ki, məhkəmə futbolçuları yetkinlik yaşına çatmayan qızın razılığı olmadan onun iştirak etdiyi intim videonu çəkməkdə və yaymaqda təqsirləndirib.
Həmçinin Andres Qarsiya və Xuan Rordiqesə də ittihamla üz-üzə qalıblar.
Qeyd olunur ki, hadisə 2023-cü ildə olub.
Zərərkəçən yeniyetmə qızın anasının dediyinə görə, futbolçular 16 yaşlı övladının videosunu çəkib, daha sonra yayıblar.
Bildirək ki, Raul Asensio 2024-cü ildə "Real"ın əsas komandasında meydana çıxmağa başlayıb. İnamlı oyunu ilə seçilən futbolçu bu mövsüm bütün turnirlərdə 51 oyunda "Kral klubu"nun formasını geyinib.