Region Liqası nə vaxt başlayır?

Region Liqası nə vaxt başlayır? İdman

Region Liqasının yeni mövsümünün püşkatması və ilk oyunların tarixi bəlli olub.

News24.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Püşkatma martın 4-də keçiriləcək.

Tədbir saat 14:00-da başlayacaq. Mərasim AFFA-nın inzibati binasında təşkil olunacaq.

Qeyd edək ki, Region Liqasında ilk oyunlar martın 8-9-da keçiriləcək.