Renat Dadaşovun komandası qalib gəldi

Renat Dadaşovun komandası qalib gəldi İdman

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Motor" klubu Polşa Ekstraklasanda növbəti oyununu keçirib.

News24.az xəbər verir ki, komanda "Vidzev" üzərində 3:0 hesablı qələbə qazanıb.

Renat Dadaşov matçın 78-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, "Motor" 13 turdan sonra turnir cədvəlində 14 xalla 13-cü yerdə qərarlaşıb.(Offsideplus.az )