Ronaldo daha bir rekorda imza atdı
İdman
2026-cı il Futbol üzrə Dünya Çempionatının Avropa seçmə mərhələsində keçirilən Portuqaliya - Macarıstan oyunu 2:2 hesabı ilə başa çatıb.
News24.az xəbər verir ki, qarşılaşma F qrupunun dördüncü turu çərçivəsində baş tutub.
Portuqaliya oyunun əvvəlində geridə qalsa da, 40 yaşlı ulduz futbolçu Kriştiano Ronaldonun vurduğu iki qolla hesabda üstünlük qazanıb. Lakin oyunun 90+1-ci dəqiqəsində buraxılan qolla görüş heç-heçə yekunlaşıb.
Bu oyunda vurduğu qollarla Ronaldo daha bir rekorda sahib çıxıb. O, Dünya Çempionatının seçmə oyunlarında ən çox qol vuran futbolçu olub. Futbolçu bu mərhələdə keçirdiyi 51 oyunda 41 dəfə fərqlənib.
Ronaldo milli komanda ilə ümumilikdə 143 qol vurub. O həm Portuqaliya yığmasında, həm də bütün milli komandalar tarixində ən çox qol vuran futbolçudur. Ümumilikdə isə ulduz futbolçunun karyerasında 948 qolu var.
Kriştiano Ronaldo həm də Çempionlar Kuboku yarışlarının və dünya futbol tarixinin ən məhsuldar oyunçusu hesab olunur.
Xeyrənsə Piriyeva