Ronaldo futbol klubu alır
İdman
40 yaşlı Kriştiano Ronaldo komanda almaq fikrinə düşüb. Portuqaliyalı kariyerasını bitirdəkdən sonra İngiltərə 4-cü liqasında çıxış edən “Çeltnem Taun”u çalışdıra bilər.
News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, Ronaldoya bu məsləhəti menecer Rob Uilson təqdim edib. Uilson “Çeltnem Taun”u olduqca sərfəli yatırım kimi dəyərləndirib.
“Çeltnem Taun” “Mançester Yunayted”in bir növ baza komandasıdır. Ronaldo daha əvvəlki açıqlamalarında “Mançester Yunayted”də işləmək istədiyini bildirmişdi.