Ronaldo Messinin paylaşımına şərh yazdı, tarixə düşdü - Foto

Ronaldo Messinin paylaşımına şərh yazdı, tarixə düşdü - Foto İdman

Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun argentinalı hücumçu Lionel Messinin paylaşımına yazdıqları “Instagram” tarixində ən çox bəyənilən şərh olub.

News24.az xəbər verir ki, Ronaldo avqustun 8-də 68 yaşında vəfat edən Messinin atası Xorxe Messinin ölümündən sonra ona dəstəyini ifadə edib.

Futbolçu paylaşımın altında belə yazıb:

“Bu çətin günlərdə səni və yaxınlarını bağrıma basıram, Leo. Möhkəm ol.”

Şərh sosial şəbəkə istifadəçiləri arasında böyük əks-səda doğurub və 6,7 milyondan çox bəyənmə toplayıb.

Ronaldo Messinin paylaşımına şərh yazdı, tarixə düşdü - Foto