Ronaldo Messiyə yerini göstərdi: - Cəmisi yarım günə

Ronaldo Messiyə yerini göstərdi: - Cəmisi yarım günə İdman

“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldonun “YouTube” kanalı bir gündən az müddətdə 6 milyondan çox abunəçi qazanıb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, portuqaliyalı superulduz kanalın yaradılmasını avqustun 21-də, Bakı vaxtı ilə saat 16:18-də elan edib. İlk saat yarım ərzində 1 milyondan çox insan onu izləməyə başlayıb. Hazırda isə onun 9 milyondan çox abunəçisi var.

Maraqlıdır ki, “İnter Mayami”nin hücumçusu Lionel Messinin 2006-cı ildən fəaliyyət göstərən kanalının 2,21 milyon abunəçisi var.

Xatırladaq ki, Ronaldo “İnstaqram”da ən populyar şəxsdir. Orada onun izləyicilərinin sayı 636 milyondur.