Ronaldo yaşıl meydanlara çıxmaqdan imtina etdi
İdman
Səudiyyə Ərəbistan Liqasında gərginlik yaşanıb.
News24.az-ın məlumatına görə, Kriştiano Ronaldo “Əl-Nəsr”in oyununda meydana çıxmayacaq. Portuqaliyalı ulduzun qərarı klub idarəçiliyindən və investisiya azlığından narazılığı ilə bağlıdır.
Oxşar vəziyyət Kərim Benzema ilə də bağlıdır. Fransız hücumçu “Əl-İttihad”ın yeni müqavilə təklifini qəbul etməyib və oyunlarda iştirakdan imtina edib.
Hər iki ulduzun bu qərarı Səudiyyə Ərəbistan Liqasında böhran kimi dəyərləndirilir.