"Sabah" yoxlama oyununda rəqibinə rəhm etmədi

"Sabah" yoxlama oyununda rəqibinə rəhm etmədi İdman

Misli Premyer Liqasının lideri "Sabah" yoxlama oyununda qüvvəsini sınayıb.

News24.az xəbər verir ki, "bayquşlar" I Liqa təmsilçisi "Mingəçevir"lə üz-üzə gəlib.

"Bank Respublika Arena"da keçirilən matç "Sabah"ın 9:1 hesablı qələbəsi ilə başa çatıb.

Onlara qələbə gətirən qolları Xəyal Əliyev (3), Velko Simiç (3), Umarali Raxmonaliyev (pen.), Kahim Parris və Tellur Mütəllimov vurub.