“Sabah”ın Avropa Liqasındakı potensial rəqibləri - – adlar

“Sabah”ın Avropa Liqasındakı potensial rəqibləri - – adlar İdman

Azərbaycan Kubokunun 2024/2025-ci il mövsümünü qalib başa vuran “Sabah” tarixində ilk dəfə UEFA Avropa Liqasında iştirak edəcək.

News24.az futbolpress.az-a istinadla xəbər verir ki, artıq “bayquşlar”ın Avropa Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqibləri bəllidir. “Sabah” bu mərhələdə aşağıdakı komandalardan biri ilə qarşılaşacaq:

“Şaxtyor” (Donetsk, Ukrayna)

“Legiya” (Polşa)

“Partizan” (Serbiya)

“Şerif” (Tiraspol, Moldova)

ÇFR (Kluj, Rumıniya)

“Hapoel” (Byer-Şeva, İsrail)

“Çelye” (Sloveniya)

“Spartak” (Trnava, Slovakiya)

Birinci təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.