“Qarabağ”ın hücumçusu: "Sabahkı oyunda qol vurmağa hazıram"
İdman
“Fərqindəyik ki, bizi tarixi və çətin oyun gözləyir. Rəqib çox güclüdür, lakin istənilən halda qalib gəlməyə çalışacağıq".
News24.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının "play-off" mərhələsində keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” oyunu öncəsi mətbuat konfransında “Qarabağ”ın hücumçusu Kamilo Duran deyib.
Onun sözlərinə görə, hazırkı dövr karyerasının ən uğurlu mərhələsidir:
“Bu yolu "Qarabağ" futbol klubunda keçmək mənim üçün çox xoşdur. Bu mövsümü çox uğurlu keçirirəm. Kolumbiya millisində oynamaq uşaqlıq arzumdur. Lakin hələ millidən hər hansı dəvət almamışam. Sabahkı oyunda qol vurmağa hazıram".