“Sabah”ın şikayəti təmin edilmədi

“Sabah”ın şikayəti təmin edilmədi İdman

“Sabah”ın AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sabiq fubolçusu Yusif İmanovla bağlı verdiyi apellyasiya şikayəti təmin edilməyib.

News24.az xəbər verir ki, bu barədə Apellyasiya Arbitraj Tribunalı məlumat yayıb.

Bildirilib ki, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin klubun futbolçuya 10 min manat kompensasiya ödəməsi ilə bağlı qərar qüvvədə saxlanılsın.