Sabiq futbolçu vəfat etdi

Sabiq futbolçu vəfat etdi İdman

“İnter”in 39 yaşlı keçmiş müdafiəçisi Nikolas Ciani uzunsürən xəstəlikdən sonra vəfat edib.

News24.az xəbər verir ki, Ciani 2022-ci ildə məhz xəstəliyinə görə futbolçu karyerasını başa vurmuşdu.

Qeyd edək ki, Nikolas Ciani “İnter”lə yanaşı, “Kremoneze”, “Pro Patria”, “Viçentsa”, “Peruca”, “Spetsiya”, “Feralpisalo” və “Dezentsano” klublarında forma geyinib.(qafqazinfo)