Salah “Liverpul”dan gedir?
İdman
"Liverpul" FK-nin ulduzu Məhəmməd Salahın gələcəyi yenidən müzakirə olunur.
News24.az xəbər verir ki, iddialara görə, yay transfer pəncərəsində onun ya "Major League Soccer"ə, ya da Səudiyyə Ərəbistanı Pro Liqasına keçmək imkanı ola bilər. Səudiyyə variantı ilə bağlı xəbərlər uzun müddətdir yayılır. Digər tərəfdən, jurnalist Fabrizio Romano MLS klublarının da 33 yaşlı hücumçuya maraq göstərdiyini bildirib. Bu halda Salah, Lionel Messinin yolunu seçə bilər. Qeyd edək ki, Salahın Liverpulla müqaviləsi 2027-ci ilə qədərdir. Buna baxmayaraq, onun gələcəyi ilə bağlı suallar açıq qalır.