Salah Runinin rekordunu təkrarladı
İdman
“Liverpul”un hücumçusu Məhəmməd Salah “Aston Villa” ilə oyunda hesabı açaraq rekorda imza atıb.
News24.az “Squawka”ya istinadən xəbər verir ki, Salah “Mançester Yunayted”in sabiq üzvü Ueyn Runinin rekordunu təkrarlayıb.
Belə ki, misirli forvard indiyədək 276 qolun vurulmasında yaxından iştirak edib.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”un şərəfini qoruyur. Ueyn Runi 2004-2017-ci illərdə “qırmızı şeytanlar”da çıxış edib. (Qafqazinfo)