Sami qaydaları pozdu, Toralın gülüş səbəbi...
İdman
“Mətbuat konfransının Bakıda keçirilməsi futbolçularımın zədələrinin bərpa prosesinə dəstək olmaq məqsədi daşıyırdı. Sabah isə komanda yalnız məşqə çıxacaq və tam şəkildə oyuna fokuslanacaq".
News24.az xəbər verir ki, bu sözləri “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov sabah İngiltərədə keçiriləcək “Nyukasl Yunayted” – “Qarabağ” matçından əvvəlki mətbuat konfransı zamanı deyib.
Baş məşqçi eyni zamanda əsas heyətdən kənarlaşdırdığı Sami Mmai barədə də danışıb:
“Sami haqqında çox xırdalıqlara varmağa ehtiyac yoxdur. Belə hallar bütün komandalarda olur. Sadəcə qaydaları pozmuşdu və biz də lazımi addımları atdıq".
Qurban Qurbanov həmçinin Toral Bayramovun gülüş epizoduna da münasibət bildirib:
“Görünür, ondan əvvəl hansısa məsələni müzakirə edirdilər və gülüş həmin ana təsadüf etmişdi. Təbii ki, oyundan sonra fikirlərimizi bildirdik".