Samir Abasov istefaya göndərildi? - Açıqlama - Yeniləndi
İdman
"Neftçi"nin baş məşqçi Samir Abasovu istefaya göndərməsi ilə bağlı yayılan iddialara aydınlıq gətirilib.
Bununla bağlı News24.az "Neftçi" klubunun mətbuat xidməti ilə əlaqə saxlayıb. Klubdan verilən məlumata görə, baş məşqçi Samir Abbasovun istefaya göndərilməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Qeyd edək ki, KİV-də gedən məlumatlara görə, baş məşqçinin istefaya göndərilməsi ilə bağlı bu gün "Neftçi" klubu tərəfindən rəsmi məlumat paylaşılacaq.
11:35
“İndi danışmağımın yeri və vaxtı deyil. Rəsmi açıqlama veriləcək, biləcəksiniz. İndi nəsə danışmaq halında deyiləm. 1-2 saata, uzağı günün sonuna qədər hər şey bəlli olacaq”.
News24.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi postundan istefaya göndərildiyi bildirilən Samir Abasov deyib.
47 yaşlı mütəxəssis “Neftçi” haqqında danışmaq istəmədiyini bildirib:
“Bunu “Neftçi” haqqında yox, ümumi deyirəm. Bu gün kimsə hansısa klubu Premyer Liqada saxlayır, şirin-şirin danışır, hamı onu tərifləməyə başlayır. Amma elitadan düşmə təhlükəsi olan komandanı saxlayıb, gələn il avrokuboklara aparan adam barədə heç kim danışmır. Danışmaq istəyənləri də ört-basdır edirlər, danışmağa qoymurlar. Ürəyim ağrıyır. Sadəcə kimə deyim, kim var ki, indiyədək kim olub ki, arxamda? O haldayam ki… “Neftçi” haqda danışmaq istəmirəm. Azərbaycan üçün nə məşqçi, nə mütəxəssis, nə də işləyən lazımdır. Adamın, bir də səni tərifləyənin, danışanın lazımdır”. (teleqraf.az)