Simeone "Tottenhem"in erkən qapıçı dəyişikliyinə təəccübləndi

Simeone "Tottenhem"in erkən qapıçı dəyişikliyinə təəccübləndi İdman

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone Çempionlar Liqası oyununda "Tottenhem"in erkən qapıçı dəyişikliyinə təəccübləndiyini bildirib.

News24.az xəbər verir ki, matçın əvvəlində "Tottenhem"in qapıçısı Antonin Kinski bir neçə ciddi səhvə yol verib və komanda qısa vaxtda 3:0 hesabı ilə geriyə düşüb. Buna görə də baş məşqçi İqor Tudor 17-ci dəqiqədə qapıçını əvəz etmək qərarı verib.

Kinskinin yerinə Quqlielmo Vikario oyuna daxil olub. Simeone isə belə erkən qapıçı dəyişikliyini futbol karyerasında nadir hallarda gördüyünü deyib.

Qarşılaşma sonda "Atletiko Madrid"in 5:2 hesablı qələbəsi ilə başa çatıb.