Son 41 qol: Ronaldo 1000-ci qoluna yaxınlaşır
İdman
“Əl-Nəsr”in 40 yaşlı hücumçusu Kriştiano Ronaldo dünya futbol tarixində ən çox qool vuran oyunçular sırasına daxil olub. Belə ki, o, rəsmi matçlarda 959 qol vuraraq rekorda yaxınlaşıb.
News24.az xəbər verir ki, Ronaldonun 1000 qol hədəfinə çatmaq üçün yalnız 41 qol qalır.
Qeyd edək ki, Ronaldo 1306 matçda oynayaraq hər oyunda orta hesabla 0,73 qol vurur. Onun karyerasının ən məhsuldar dövrü “Real Madrid”də olub. O, həmin komandada olduğu müddətdə 438 matçda 450 qol vurub. Digər klublarda və milli komandadakı göstəriciləri belədir: “Sporting Lissabon”- 5 qol, “Manchester United” - 145 qol, “Juventus” - 101 qol, “Əl-Nassr” - 115 qol, Portuqaliya milli komandası - 143 qol.
Hazırkı formasına əsasən, Ronaldo təxminən 46 oyunda 1000-ci qolunu vurmağa yaxınlaşacaq.
40 yaşında olmasına baxmayaraq, onun fiziki hazırlığı yüksək səviyyədədir və mütəxəssislər bu rekorda çatmasının sadəcə zaman məsələsi olduğunu bildirirlər.