Son dəqiqə möcüzəsi: 27 ildən sonra Dünya Kubokuna vəsiqə qazandı

Son dəqiqə möcüzəsi:  27 ildən sonra Dünya Kubokuna vəsiqə qazandı İdman

İsveçrə və Danimarka arasında liderlik uğrunda keçirilən həyəcanlı qarşılaşma 4:2 hesabı ilə başa çatıb.

News24.az xəbər verir ki, oyunun son saniyələrində – 90+9-cu dəqiqədə orta sahədən vurulan möhtəşəm qol İsveçrəyə 27 ildən sonra Dünya Kubokuna vəsiqə qazandırıb.

Matçın əvvəlində İsveçrə hesabı açsa da, Danimarka ikinci hissədə bərabərlik qolunu vurdu. 61-ci dəqiqədə qonaqların bir futbolçusu qırmızı kartla meydandan kənarlaşdırıldı. İsveçrə 78-ci dəqiqədə yenidən öndə olsa da, Danimarka 82-ci dəqiqədə hesabı bərabərləşdirdi – 2:2.

Uzatmalarda İsveçrə ardıcıl iki qol vuraraq (90+3 və 90+9-cu dəqiqələrdə) oyunu 4:2 hesabı ilə qazandı. Beləliklə, C qrupunu 13 xalla lider tamamlayan İsveçrə 1998-ci ildən sonra ilk dəfə Dünya Kubokuna vəsiqə əldə etdi. Danimarka isə 11 xalla "pley-off"a qaldı.