Sosial media bu görüntünü danışır - Foto

Sosial media bu görüntünü danışır - Foto İdman

"Mardin Kızıltepe 47 Spor" komandasının baş məşqçisi Veysi Altun meydan kənarındakı enerjili davranışı və aktiv idarəetmə tərzi ilə diqqət çəkib.

News24.az xəbər verir ki, oyun zamanı tez-tez ehtiyat oyunçular skamyasından çıxaraq oyunçularına dərhal təlimatlar verməsi futbol ictimaiyyətində maraq doğurub.

Altunun matç boyu yüksək tempdə hərəkət etməsi, mimikaları və kənardakı duruşu sosial mediada məşhur portuqaliyalı mütəxəssis Xorxe Jesusla müqayisə olunmasına səbəb olub. Azarkeşlər və futbolsevərlər bu oxşarlığı müzakirə edərək, gənc məşqçini “Kızıltepenin Xorxe Jesusu” kimi xarakterizə ediblər. Qısa zamanda yayılan görüntülər Veysi Altunu təkcə komandasının nəticələri ilə deyil, həm də meydan kənarındakı üslubu ilə gündəmə gətirib.

Sosial media bu görüntünü danışır - Foto