İspan şərhçidən sərt etiraz: “Niyə Arda Gülər həmişə ilk çıxarılan olur?”
İdman
İspaniyalı idman şərhçisi Koto Matamoros Arda Gülərin “Real Madrid”də daim ilk əvəzlənən futbolçulardan biri olmasına etiraz edib.
News24.az xəbər verir ki, Matamoros Defensa "Central"ın "YouTube" kanalında yayımlanan proqramda “Real Madrid”in Mestallada “Valensiya” üzərində qazandığı qələbəni şərh edib.
Şərhçi xüsusilə Arda Gülərin əvəzlənməsinə toxunaraq onu matçın ən yaxşı futbolçusu adlandırıb:
“Arda Gülər mənim üçün oyunun ən yaxşısı idi. Niyə onu daim əvəz edirlər, başa düşmürəm. Komandaya fərqlilik qatan yeganə oyunçudur".
Matamorosun sözlərinə görə, Arda oyunu ən yaxşı oxuyan və “Real Madrid”in monoton oyun üslubunu dəyişməyə çalışan əsas fiqurdur.