İspaniya mətbuatı “Fənərbağça”nın məğlubiyyətini tənqid etdi

İspaniya mətbuatı “Fənərbağça”nın məğlubiyyətini tənqid etdi İdman

Trendyol Super Liqasının 24-cü həftəsində "Fənərbağça" səfərdə "Antalyaspor" ilə 2:2 hesablı heç-heçə edib.

News24.az xəbər verir ki, bu nəticədən sonra komanda lider "Qalatasaray"dan 4 xal geri düşüb.

İspaniya mətbuatı İstanbul təmsilçisinin ardıcıl ikinci heç-heçəsini çempionluq yarışında ciddi itki kimi dəyərləndirib. Xüsusilə Marco Asensionun performansı diqqət mərkəzində olub. Asensio “Antalyaspor”la oyunda komandasının hər iki qoluna məhsuldar ötürmə verərək məğlubiyyətin qarşısını alıb.

"AS" qəzeti “Asensio sayəsində qazanılan bir xal” başlığı ilə çıxış edərək futbolçunun komandasını xilas etdiyini yazıb. Nəşr qeyd edib ki, iki həftədə 4 xal itirən “Fənərbağça” liderdən geri qalaraq üstünlüyünü əldən verib.

"Mundo Deportivo" isə “Asensio Fənərbaxçanı diriltdi” başlığı ilə futbolçunun 2:0 hesablı geridönüşdə əsas rol oynadığını vurğulayıb. "Marca" da Asensionun çıxışını ön plana çıxararaq onun liqada 20 oyunda 11 qol və 9 məhsuldar ötürmə ilə çıxış etdiyini xatırladıb.

Hazırda “Fənərbağça” çempionluq mübarizəsində “Qalatasaray”dan 4 xal geri qalır və növbəti turlarda xal itkisinə yol verməmək üçün mübarizəni davam etdirəcək.