Taekvondoçumuz beynəlxalq turnirdə qızıl medal qazandı - Foto

Taekvondoçumuz beynəlxalq turnirdə qızıl medal qazandı - Foto İdman

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Serbiyanın Belqrad şəhərində keçirilən "Serbia Open 2026" beynəlxalq turnirində 1 qızıl və 1 bürünc medal qazanıblar.

Bu barədə News24.az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Qeyd edilib ki, kişilər arasında Qaşim Maqomedov (63 kq) qızıl medala sahib çıxıb. Qadınların mübarizəsində isə Minayə Əkbərova (46 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.