Tomas Bax istefa verdi

Tomas Bax istefa verdi İdman

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax istefa verib.

News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Baxın təşkilatın üzvü postundan istefası ilə bağlı qərar iyunun 23-dən sonra qüvvəyə minəcək. 

Komitənin prezident seçkiləri 2025-ci ilin martında Yunanıstanda keçiriləcək.

Qeyd edək ki, Bax 1991-ci ildən BOK-un üzvüdür və 2013-cü ildə BOK-un prezidenti seçilib. O, 2021-ci ildə yenidən dörd illik müddətə seçilib.