“Tottenhem” üçün təhlükə siqnalı

“Tottenhem” üçün təhlükə siqnalı İdman

“Tottenhem”in son çıxışları azarkeşləri ciddi narahat edir.

News24.az xəbər verir ki, Şimali London derbisində “Arsenal”a 1:4 hesablı məğlubiyyət böhranı daha da dərinləşdirib.

Komandanın yeni baş məşqçisi İqor Tudordan gözlənilən “yeni menecer effekti” özünü doğrultmadı. Əksinə, meydandakı xaos və zəif müdafiə oyunu komandanın hazırkı durumunu açıq göstərdi.

İndiyə qədər “Tottenhem”in aşağı düşəcəyi ehtimalı şişirdilmiş sayılırdı. Lakin son oyun göstərdi ki, komanda bu mövsüm təhlükədən uzaq deyil və səhv idarəçilik onları real risklə üz-üzə qoyub.