“Tottenhem”də şok qərar: Baş məşqçi gedir, yerinə Xabi Alonso gəlir?
İdman
Londonun “Tottenhem” klubunun rəhbərliyi komandanın hazırkı baş məşqçisi Tomas Frankın istefaya göndərilməsi barədə düşünür.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, klub rəhbərliyi hazırki məşqçini 44 yaşlı ispan mütəxəssis Xabi Alonso ilə əvəzləməyi nəzərdən keçirir.
Qeyd edək ki, “Tottenhem” hazırda İngiltərə Premyer Liqasında 14-cü pillədə qərarlaşıb.
Daha əvvəl Almaniyanın “Ayntraxt” klubunun da Xabi Alonso ilə maraqlandığı bildirilib.
Yanvarın 12-də Xabi Alonso Madridin “Real” klubunun baş məşqçisi vəzifəsindən azad edilib.