"Tottenhem"in baş məşqçisi istefa təhlükəsi ilə üz-üzə

"Tottenhem"in baş məşqçisi istefa təhlükəsi ilə üz-üzə İdman

"Tottenhem"in baş məşqçisi İqor Tudor komandanın zəif nəticələrindən sonra istefa təhlükəsi ilə üzləşib.

News24.az xəbər verir ki, London klubu Çempionlar Liqasının 1/8 final mərhələsində səfərdə "Atletiko Madrid"ə 5:2 hesabı ilə məğlub olub.

Bu nəticə Tudorun komandadakı ardıcıl dördüncü məğlubiyyəti olub. Xorvatiyalı mütəxəssis oyundan sonra bildirib ki, matç çox qəribə keçib və buraxılan qollar komandanın özünəinamını sarsıdıb. O, azarkeşlərdən də üzr istəyib.

Qeyd edək ki, Tomas Franki əvəz edən Tudor üçün "Tottenhem"də vəziyyət getdikcə çətinləşir və nəticələr yaxşılaşmasa, onun vəzifədən uzaqlaşdırıla biləcəyi gözlənilir.