"Trabzonspor" ilk yarımfinal oyununda qələbə qazandı

"Trabzonspor" ilk yarımfinal oyununda qələbə qazandı İdman
Türkiyə Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

"Medical Park" stadionunda "Trabzonspor" "Kayserispor"u qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 87-ci dəqiqədə Andreas Kornelius vurub.

Digər yarımfinalda "Alanyaspor" "Sivasspor"u qəbul edəcək. Oyun aprelin 20-də olacaq.

Qeyd edək ki, cavab görüşləri 10-11 mayda gerçəkləşəcək. /Unikal.org/