"Trabzonspor"un 10 milyonluq təklifini geri çevirdi

 "Trabzonspor"un 10 milyonluq təklifini geri çevirdi İdman

Argentina klubu "River Plate" gənc futbolçu Yan Subiabre üçün "Trabzonspor"un 10 milyon avroluq təklifini rədd edib.

News24.az xəbər verir ki, klub rəhbərliyi bu qərarı yeni baş məşqçi Eduardo Coudetin istəyi ilə verib.

Təcrübəli mütəxəssis yay transfer pəncərəsinə qədər komandanın əsas oyunçularının satılmasını istəmir və Subiabreni komandanın gələcəyi üçün vacib futbolçulardan biri hesab edir.

Məşqçinin gənc oyunçuya olan etimadı onun son oyunda start heyətində meydana çıxması ilə də özünü göstərib. 19 yaşlı futbolçu Argentina çempionatında "Huracana" qarşı keçirilən matça ilk “11-lik”də başlayıb.