"Tərif istəmirəm" – Qurban Qurbanov

"Tərif istəmirəm" – Qurban Qurbanov İdman

“Heç istəmərəm ki, məni tərifləsinlər. Mən sadəcə öz işimi məsuliyyətlə görməyə, üzərimə düşən vəzifəni yerin yetirməyə çalışıram”.

News24.az xəbər verir ki, bunu “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov “Ayntraxt”la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O həmçinin tənqid olunmağı da istəmədiyini qeyd edib. Baş məşqçi bildirib ki, hər kəsin həyatda problemi ola bilər və bəzən işinə köklənməkdə çətinlik çəkə bilər.

“Bəzən görürsən ki, insan həyatda, işində elə səhv edir ki, təriflər də qalır geridə. Mən həmişə demişəm ki, xalqımı, millətimi çox sevirəm. Nə tənqid də olsa… olsun, nə olacaq ki?!”, – o bildirib.