Türkiyə millisinin oyunçusu “Yuventus”la razılaşdı

Türkiyə millisinin oyunçusu  “Yuventus”la razılaşdı İdman

“Yuventus” Türkiyə millisinin və “Roma”nın müdafiəçisi Zeki Çelik ilə prinsipial razılığa gəlib.

News24.az xəbər verir ki, “La Stampa”nın məlumatına görə, Turin təmsilçisi oyunçunun agenti ilə maliyyə şərtlərində anlaşma əldə edib. Bu səbəbdən “Yuventus”un iyuldan etibarən Zeki Çeliki azad agent kimi heyətinə qatmağa yaxın olduğu bildirilir.

Mövsümün sonunda müqaviləsi bitəcək futbolçu ilə bağlı “Roma”nın yeni müqavilə təklifi edib-etməyəcəyi isə hələ dəqiq deyil.