Türk futbolçu İtalyanların 50 illik “Norveç lənəti”ni qırdı

Türk futbolçu İtalyanların 50 illik “Norveç lənəti”ni qırdı İdman

"Yuventus" Çempionlar Liqasının səfər oyununda "Bodo/Glimt"i 3–2 məğlub edərək İtaliya klubları üçün yarım əsr davam edən qələbə tabusuna son qoyub.

News24.az xəbər verir ki, qələbədə əsas rol 20 yaşlı türk futbolçu Kənan Yıldızın parlaq çıxışına düşüb. Hücum xəttinin aparıcı qüvvəsi kimi oyunun ritmini dəyişən Kənan oyunun ən yaxşısı seçilib və eyni zamanda "Yuventus"un formasını 100-cü dəfə geyinib.

Baş məşqçi Luçano Spalletti nəticədən məmnunluğunu ifadə edərək, Openda və Davidin də qol vurmasının komandaya üstünlük verdiyini bildirib.