Türkiyə naziri Arda Gülərin qolunu qürur mənbəyi adlandırdı
İdman
Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak milli futbolçu Arda Gülerin vurduğu qol haqqında açıqlama verib.
News24.az xəbər verir ki, nazir Artvinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Arda Gülərin “Real Madrid” forması ilə vurduğu qol Türkiyə futbolu üçün qürur mənbəyidir.
Qeyd edək ki, Arda Gülər İspaniya çempionatının 28-ci turunda keçirilən oyunda “Elçe”yə qarşı matçda qol vurub və komandası 4:1 hesabı ilə qalib gəlib.