Türkiyəli keçmiş futbolçu qəzada öldü - FOTO
İdman
Konyanın Karapınar rayonunda "Ereğlispor"un sabiq futbolçusu 26 yaşlı Engincan Dəmirtəpə avtomobillə qəza törədib.
News24.az "Unikal"a istinadən xəbər verir ki, Dəmirtəpə avtomobilin idarəetməsini itirərək yol kənarındakı ağaclara çırpılıb.
Hadisə nəticəsində o dünyasını dəyişib. Qəza yerinə jandarma və sağlamlıq qrupu sövq edilib.